Xəzər Xəbər

“Deksametazon” dərmanı bu şəxslər üçün təhlükəlidir - AÇIQLAMA

Gündəm | 20:42 • 18 İyun 2020
“Deksametazon” dərmanı bu şəxslər üçün təhlükəlidir -

"Deksametazon” dərmanı yalnız ağır xəstələrin müalicəsində istifadə edilir. Bu dərmandan istifadə yeni deyil.


Xezerxeber.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.


Onun sözlərinə görə, bu virusa yoluxmuş və xəstəliyi yüngül keçirən şəxslər üçün həmin dərmanı özbaşına qəbul etmək təhlükəlidir.


Operativ Qərargahın tibbi eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov isə həmin dərmandan nəzarətsiz istifadə etməyin ağır xəstələrin sayını artıra biləcəyini söyləyib: "Bu gün apteklərdə "Deksametazon”un tükənməsi xəbərini aldıq. Bu, yolverilməzdir və xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər”.

Xəbər lenti

Çox oxunanlar