Mayın 30-dan 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları "BakuBus” MMC tərəfindən icra olunacaq.
XəzərXəbər Bakı Nəqliyyat Agentliyiə istinadən xəbər verir ki, 11 nömrəli xətt üzrə sərnişinlərimizə ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək. Bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 35 olacaq.