Xəzər Xəbər

Bu gün Rusiyadan daha 175 azərbaycanlı vətənə gətirilir

Gündəm | 16:57 • 27 May 2020
Bu gün Rusiyadan daha 175 azərbaycanlı vətənə gətirilir

Moskvadan Azərbaycan vətəndaşlarının daha bir hissəsini vətənə gətirən xüsusi təyyarə yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə saat 13:50-də) havaya qalxıb.

Report xəbər verir ki, təyyarədə 175 nəfər var.

Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür. O cümlədən, hazırda Rusiyada yaşayan və www.evegedirem.infosaytında qeydiyyatdan keçən vətəndaşlar vətənə yola düşəcəkləri gün və saat barədə telefon zəngi və ya SMS vasitəsilə xəbərdar edilirlər.

Xəbər lenti

Çox oxunanlar