Xəzər Xəbər

Anar Bağırovdan vəkillərə ŞAD XƏBƏR

Gündəm | 21:32 • 13 May 2020
Anar Bağırovdan vəkillərə

"Son günlər vəkillərin istintaq təcridxanalarına buraxılması ilə bağlı Covid -19 testi barədə tibbi arayışın tələb olunması problemi apardığımız müzakirə nəticəsində öz müsbət həllini tapdı".

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bidirib.

O qeyd edib ki, Ədliyyə Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən sabahdan etibarən vəkillər əvvəlki qaydada əlavə tibbi arayış tələb olunmadan ölkənin bütün istintaq təcridxanarına buraxılacaqlar: "Bununla belə, tibbi maska və qoruyucu əlcəklərin taxılması, dezinfeksiya vasitələrdən istifadə mütləqdir! Ədliyyə nazirliyinin rəhbərliyinə və şəxsən cənab nazir Fikrət Məmmədova vəkil korpusu adından öz minnətdarlığımızı bildiririk".

Xəbər lenti