Xarici ölkələrdə fəaliyyət göstərən diplomatlarımız arasında koronavirusa yoluxma halı qeydə alınmayıb.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:
"Bu çox xoş haldır və onların karantin rejiminin qaydalarına riayət etmələrinin göstəricisidir. Xarici İşlər Nazirliyinə də bununla bağlı məlumat daxil olmayıb".