Xəzər Xəbər

Azərbaycan ABŞ-a etiraz məktubu göndərir - RƏSMİ

Gündəm | 18:44 • 13 May 2020
Azərbaycan ABŞ-a etiraz məktubu göndərir - RƏSMİ

"Bəzi hallarda bir çox ölkələrin həyata keçirdiyi layihələr çərçivəsində beynəlxalq səviyyədə tanınan sərhədlərin təhrif olunması hallarına rast gəlirik”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, bu hallarla əlaqədar Azərbaycan tərəfindən bu təhrifə yol verən istər şirkət, istərsə də digər səviyyələrdə nümayəndələrlə əlaqəyə keçərək, etiraz bildirilir və təhrif olunmuş xəritələr aradan qaldırılır.

XİN rəsmisi qeyd edib ki, NASA-nın layihəsində Azərbaycan sərhədlərinin təhrif olunması ilə bağlı ölkəmizin ABŞ-dakı səfirliyi tərəfindən aidiyyəti etiraz məktubunun göndərilməsi nəzərdə tutulub.

Xəbər lenti

Çox oxunanlar