Xarici İşlər Nazirliyi tərəfindən "Diplomatiya Könüllüləri" qrupumuz var.
XəzərXəbər xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:
"Könüllülərimiz xaricdə olan vətəndaşlarımıza sosial şəbəkələr vasitəsilə mesajlar ötürür. Bu qrup vasitəsilə diplomatik şəxslərlə onlayn mühazirlərlər təşkil olunur. "Diplomatiya Könüllüləri"miz könüllülük prinsipini nəzərə alaraq, eyni zamanda "Evdə qal, sağlam qal" çağırışını təbliğ edirlər".
O qeyd edib ki, vətəndaş borcumuzu yerinə yetirməyimiz və qaydalara riayət etməyimiz vacibdir.