"Azərbaycan tərəfindən Serbiya Respublikasına humanitaryardım edilməsi nəzərdə tutulur”.
XəzərXəbər-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, bu, artıq icra olunmaq üzrədir:
"Fələstinli QaçqınlaraYardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyi tərəfindən ölkəmizə müraciət daxil olub. Müraciət hazırdaqiymətləndirilir”.
"Yardımın maliyyə formasında verilməsi nəzərdə tutulur. Bundan əvvəlki dövrdə bu agentliyə maliyyə yardımları həyata keçirilib”, - deyə H.Hacıyev qeyd edib.