Xəzər Xəbər

Nazirlikdən koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ

Gündəm | 17:34 • 13 May 2020
Nazirlikdən koronavirusun ikinci dalğası ilə bağlı

Son həftələr ərzində Azərbaycanda aparılan bütün elmi-statistik təhlillər göstərirdi ki, bizi COVID-19-un ikinci dalğası gözləyir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına görə, ölkə səhiyyəsinin buna tam hazır olduğuna baxmayaraq, hər bir vətəndaş yoluxmadan qorunmağını özü düşünməlidir.

Bu baxımdan, şəxsi gigiyena profilaktikanın əsas amillərindən biridir. Əllərinizi tez-tez yumaq, evinizi təmiz saxlamaq və paltarları tez-tez yumaq kimi sadə qaydalara riayət etməklə özünüzü, yaxınlarınızı və ərtafdakı insanları yoluxma təhlükəsindən azad etmiş olursunuz.

Bundan başqa, dükan və ictimai nəqliyyatda antibakterial vasitələrindən istifadə koronavirusun yayılmasının qarşısını ala bilər.

Xəbər lenti