Xəzər Xəbər

60-a yaxın ölkədə vətəndaşlarımız var - XİN

Gündəm | 17:25 • 13 May 2020
60-a yaxın ölkədə vətəndaşlarımız var - XİN

Bu gün koronavirus pandemiyası ilə mübarizədə əsas məsələ vətəndaşlarımızın xarici ölkələrdən ölkəyə gətirilməsidir.

XəzərXəbər xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

"Azərbaycanda karantin rejiminin davam etdiyi vaxtda həmyerlilərimizin ölkəyə təxliyəsi davam edir. Xarici İşlər Nazirliyi bu müddət ərzində işini xüsusi rejimdə davam etdirib. Həm nazirliyin, həm də diplomatik nümayəndəliklərin, səfirliklərin qaynar xətti 24 saat çalışıb. Səfirliklərimiz tərəfindən xaricdə olan vətəndaşlarımız haqqında məlumatlar toplandı və bu məlumatlar nazirliyə təqdim olunub. Bu günədək 20 minədək həmyerlimiz ölkəmizə gətirilib". 60-a yaxın ölkədə vətəndaşlarımız

O bildirib ki, daxil olan zənglər təxliyə, minnətdarlıq, məlumat xarakterli olub: "May ayı ərzində Xarici İşlər Nazirliyinin qaynar xəttinə 664 zəng daxil olunub. Vətəndaşlarımız və onların yaxınları ilə birbaşa təmaslar saxlanılır. ÜST-ün, ekspertlərin tövsiyələrini nəzərə alaraq, xaricdə olan həmyerlilərimizdən olduqları ölkələrin karantin qaydalarına əməl etmələrini xahiş edirik".

O bildirib ki, təxliyyə zamanı yaşlılar, azyaşlılar və qadınlara üstünlük verilib: " var. Ən çox Türkiyə, Rusiya Avropa ölkələrində vətəndaşlarımız var. Lakin Çili, Cənubi Afrika kimi ölkələrdən də müraciətlər var və onlar nəzərə alınıb".

Xəbər lenti