Xəzər Xəbər

Prezidentin köməkçisi: Mayın 18-31-də xaricdə olan azərbaycanlılar xüsusi çarter reysləri ilə Azərbaycana gətiriləcək

Gündəm | 17:21 • 13 May 2020
Prezidentin köməkçisi:

18-31 may tarixləri üzrə qrafikdə Azərbaycana çarter reysi vasitəsilə vətəndaşların gətirilməsi nəzərdə tutulur.

XəzərXəbər xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Oeprativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib:

"MDB və Avropa ölkələrindən vətəndaşlarımızın gətirilməsi davam etdirilir. Həmçinin quru yolu ilə vətəndaşların ölkəyə gətirilməsi may ayının ikinci hissəsinə planlaşdırılır".

O qeyd edib ki, Azərbaycan Respublikası Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizədə maliyyə vəsaiti ayırıb: "Bu vəsait ÜST tərəfindən koronavirusla mübarizədə çətinlik çəkən ölkələrə göndəriləcək.

İran, Qırğızıstan, Xorvatiya, Pakistan və Serbiyaya maliyyə yardımı göstərilib. Serbiyaya yaxın müddət ərzində yardım nəzərdə tutulur. Eyni zamanda Fələstin qaçqınlarına yardım üçün müraciət daxil olub və bu yardımın Yaxın Şərq agentliyinə verilməsi nəzərdə tutulur. Sözügedən agentliyə müəyyən yardımlar həyata keçirilib".

Xəbər lenti