Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyasına qarşı uğurlu mübarizəi davam edir. Bu işlər dünya ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir.
XəzərXəbər xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib: "Azərbaycanla ÜST arasında çox sıx təmaslar mövcuddur. Azərbaycan COVID-19-a qarşı təşəbbüskar dövlət kimi çıxış edir. May ayı ərzində 2 beynəlxalq tədbir keçilib. 10 may tarixində qlobal məsuliyyət fonunda prezidentin iştirakı ilə Qoşulmama hərəkatının Zirvə görüşü keçirildi və 140-dan artıq dövlət burada iştirak etdi. Azərbaycan Respublikası tərəfindən ölkəmizdə görülən tədbirlərin tərkib hissəsi kimi xaricdən səyahətlər dayandırıldı. Lakin vətəndaşlarımızın ölkəyə gətirilməsi davam edir".
O bildirib ki, "Evə gedirəm” portalı çəırçivəsində 540-dan artıq Azərbaycan vətəndaşının gətirilməsi təmin edilib. Digər ölkələrdən də çoxlu sayda Azərbaycan vətəndaşı ölkəmizə gətirilib:"95 vətəndaş da bu tarixdə İrandan Azərbaycanna gətirilib. 8 mayda 250 nəfər, 11 mayda 52 nəfər, 12 mayda isə Bakı- Moskva reysi ilə tələbələr Azərbaycana gətirilib. 14 mayda Kiyev-Bakı reysi ilə 198 nəfərin Azərbaycana gətirilməsi nəzərdə tutulur".
H.Hacıyev bildirib ki, Azərbaycanın bu təcrübəsi beynəlxalq strukturlar tərəfindən yüksək qiymətləndirilib. Xaricdən gələn vətəndaşların sağlamlığını təmin etmək üçün xüsusi karantin zonaları təyin edilib. Onlar testdən keçirilib və 14 gün karantin şəraitində saxlanılır.