Bu gün Prezident İlham Əliyev Azər Bəhlul oğlu Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.
Azər Qocayev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt Dövlət Universitetinin Elektroenergetika və Enerji maşınqayırması fakültəsini bitirib.
Müxtəlif illərdə "Bakı Elektrikşəbəkə ASC”də, "Azərenerji” ASC-nin Sumqayıt ES-də, "Sumqayıt REŞ” MMC-də, "Azərişıq” ASC-də mühəndis vəzifəsində çalışıb.
2017-ci ildən isə "Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentində bölmə rəisinin müavini, 2018-ci ildə İnfrastruktur Departamentində Elektrik təchizatı xidmətində xidmət rəisinin müavini, 2019-cu ildən isə Elektrik enerjisinin satışı və istifadəsinin səmərəliliyinə nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.
Ailəlidir, iki övladı var.