Müdafiə Nazirliyinin rəhbərliyi bir aylıq pul təminatının 50% həcmində vəsaiti Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin19 mart 2020-ci il tarixli, "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.