Bu gün Türkmənistanın paytaxtı Aşqabadda Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası başlayıb.
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov iclasda iştirak edir.
Toplantıdan əvvəl Türkmənistanın Xarici İşlər naziri Rəşid Meredov MDB ölkələrindən olan həmkarları ilə ikitərəfli görüşlər keçirib.
MDB XİNŞ iclası dar və geniş tərkibdə keçiriləcək. Orada əməkdaşlığın inkişafına dair 10 sənədə baxılacaq./report/