Nazir Səudiyyədəki hücumdan danışdı:
"İndiyədək belə bir hadisə olmayıb"
Gündəm
|
13:45 • 19 Sentyabr 2019
"Son vaxtlar neftin qiyməti çox həssas olub. Buna rəğmən qiymətlərin yenə də sabit qalması ondan xəbər verir ki, beynəlxalq neft bazarında əsas iqtisadi amillər dəyişmədən qalır".
Bunu YAP-ın qərargahında keçirdiyi mətbuat konfransında energetika naziri Pərviz Şahbazov bildirib.
Səudiyyə Ərəbistanının neft sənayesi müəssisələrinə edilən hücumla bağlı danışan nazir qeyd edib ki, bu cür hadisələr neftin qiymətinə qısa müdətdə təsir göstərir:
"Səudiyyə Ərəbistanında baş verən hadisə həqiqətən də aid hadisə deyil. Ümumiyyətlə, neft-qaz sahəsi üzrə ekspertlərin araşdırdığıma görə dünya neft sənayesi tarixində indiyədək bu və digər hadisə nəticəsində belə azalma olmayıb. Belə ki, bu hadisə zamanı 5,7 milyon barel gündəlik neft hasilatında azalma oldu. Nə İraq müharibəsi zamanı, nə də digər kataklizmlər zamanı bu qədər azalma olmayıb. Amma eyni zamanda Səudiyyə Ərəbistanı rəsmilərinin ayın sonunadək hasilatın bərpa ediləcəyinə dair verdikləri zəmanətə əsasən neftin qiyməti dəyişmədən qalır. Səudiyyə Ərəbistanının neft istehsalçıları heç bir həyəcan keçirmir. Görünür, onların neft ehtiyatları kifayət edir ki, istehlakçıların təminatını bərpa etsinlər. Amma bir daha qeyd edirəm ki, bu hücum həqiqətən də çox çox ciddi hadisədir. Bununla belə neft bazarına o qədər də böyük təsir etmir”./publika.az