Xəzər Xəbər

Direktorların işə qəbulu üzrə imtahanlar yekunlaşdı

Gündəm | 13:53 • 3 Avqust 2019
Direktorların işə qəbulu üzrə imtahanlar yekunlaşdı

Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Bu mərhələdə 1643 namizəd iştirak edib.

Təhsil Nazirliyindən XəzərXəbər-ə bildiriblər ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Müsabiqəyə 472 vakant yer çıxarılıb.

Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən ediləcək.

Xəbər lenti

Çox oxunanlar