Xəzər Xəbər

FHN hərbi hissədə vacib tədbir keçirdi

Gündəm | 10:26 • 3 Avqust 2019
FHN hərbi hissədə vacib tədbir keçirdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi avqustun 2-də nazirliyin regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayon Göytəpə şəhərində yerləşən "N” saylı hərbi hissəsində "Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

FHN-dən bildiriblər ki, tədbirdə ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları, habelə dəm qazı təhlükəsi barədə geniş məlumat verilib.

Eyni zamanda yanğın və texniki təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmasına nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yenisi ilə əvəz edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda müxtəlif mövzularda hazırlanmış maarifləndirici videoçarxlar tədbir iştirakçıları üçün nümayiş olunub.

Xəbər lenti

Çox oxunanlar