Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə əməkdaşlığı nəticəsində əhaliyə 629 milyon manat kompensasiya ödənilib.
XəzərXəbər "report”a xəbər verir ki, bunu Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov bildirib.
Onun sözlərinə görə, bu vəsait 8 tranş nəticəsində ayrılıb.
"Bu pulun bir hissəsi birbaşa əhaliyə çatıb, bir hissəsi isə vətəndaşların borclarının bağlanılmasına sərf olunub.
Nisbət təxminən 50/50-yədir. Bundan başqa, yığılmış cərimələr, dəbbə pulları var idi ki, silinib, bunların da məbləği 126 milyon manatdan çox idi”, - E.Hüseynov vurğulayıb.