Prezident İlham Əliyev "UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb.
Sərəncama əsasən, 2019-cu il 30 iyun–10 iyul tarixlərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:
Babazadə Aygün Zeynal qızı
Bağırlı Araz Fikrət oğlu
Bayramov Rizvan Mustafa oğlu
Eyvazzadə Vasif Rasif oğlu
Əhmədov Əfsun Məzahir oğlu
Əliyeva Günay Sabir qızı
Xıdırov Ələkbər Şahmar oğlu
Pietro Laureano
Sami Yusuf.