Bakımetrosunun "Xətai” stansiyasında bütün işlər tamamlanma mərhələsindədir.
XəzərXəbər bildirir ki, bu barədə açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
"Metronun "Xətai” stansiyasında və "Nəriman Nərimanov” elektrik deposunda yük həyətinin tikintisi ərazisində abadlıq işlərinin satın alınması ilə bağlı tender elan edilib. "Xətai” stansiyasında son tamamlanma işləri də başa çatdıqdan sonra tenderin nəticələri əsasında abadlıq işlərinə başlanılacaq”, - deyə o bildirib.
Xatırladaq ki, metronun "Xətai” stansiyası əsaslı təmir işləri ilə əlaqədar ötən il sentyabrın 27-də fəaliyyətini dayandırıb. (Azertac)