"Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçiriləcək "Tank biatlonu”, "Səhra mətbəxi” və "Hərbi-tibbi estafet” müsabiqələrində iştirak etmək üçün Azərbaycan hərbçiləri Rusiya və Özbəkistana yola düşüb.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir.
Yarışlar avqustun 3-dən 17-dək keçiriləcək.