Xəzər Xəbər

Ermənilər növbəti dəfə təxribat törətdi: ordumuzun avtomobili atəşə tutuldu

Gündəm | 14:23 • 27 İyul 2019
Ermənilər növbəti dəfə təxribat törətdi:

Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması barədə məlumatla əlaqədar bildiririk ki, təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqamətdə hərəkətdə olan "Kamaz” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib. Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub.

Qeyd edilir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir.

Xəbər lenti

Çox oxunanlar