Qonaqların və idmançıların rəylərinə əsaslanaraq deyə bilərəm ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə keçirdik.
Trend-in məlumatına görə, bunu Gənclər və idman naziri Azad Rəhimov yarışın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
A.Rəhimov bildirib ki, bütün qonaqlar Azərbaycandan xoş təəsüratlarla ayrılır:
"İdmançılarımız festivalı 48 ölkə arasında ikinci pillədə başa vurmağa yaxındır. Bu festival idmançılarımızı gələcəkdə daha böyük naliyyətlər əldə etməyə ruhlandıracaq".