Nazir həmçinin qeyri şəffaf rəqabətin mövcudluğunun vergi daxilolmalarına da mənfi təsir etdiyini qeyd edib:
"Xatırlayırsınızsa 2018-ci ili keçid ili elan etmişdik. 2019-cu ilin isə birinci yarısı sona çatır. Onu demək istəyirəm ki, vergi qanunvericiliyi üzrə pozuntularla bağlı Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq. Haqsız rəqabət və qanunvericiliyin pozulması hesabına vergilərin ödənilməməsi siyasətini biz dəstəkləmirik. İyunun 1-nə olan məlumata görə, son 5 ay ərzində qeyri-neft sektorunun özəl bölməsində 66 mindən çox yeni əmək müqaviləsi qeydiyyata alınıb. İlin əvvəlində isə bu rəqəm 96 min olub. Bu isə 70%-dən çox artım deməkdir".