Xəzər Xəbər

Mayın 27-si gündüzdən 28-i səhərədək olan faktiki hava açıqlanıb

Gündəm | 14:51 • 28 May 2019
Mayın 27-si gündüzdən 28-i səhərədək olan faktiki hava açıqlanıb

Mayın 27-si gündüzdən 28-i səhərədək Böyük Qafqazın bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xezerxeber.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 16 mm, Qəbələdə 1 mm olub. Mayın 28-də saat 10. 50-11.20 radələrində Sarıbaşda( Qax) dismetri 1,4 sm olan dolu qeydə alınıb.


Mayın 27-də qərb küləyi arabir Naftalanda 22 m/s, Bakıda və Abşeron yarımadasında 18-20 m/s-dək güclənib.


Mayın 27-də Bakıda iqlim normasından 3.2° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25° isti, aran rayonlarında 27-32° isti, dağlıq rayonlarda 19-21° isti, Naxçıvan MR-də 28-31° isti təşkil edib.

Xəbər lenti

Çox oxunanlar