Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxtdakı məktəblərdən birində şagirdin dərsdən qaçarkən özünü ikinci mərtəbədən yerə tullanması ilə bağlı videogörüntünün hansı məktəbə aid olduğu müəyyən edildikdən sonra müvafiq tədbirlər görüləcək.
Bu barədə Trend-ə BŞTİ-dən həmin hadisə ilə bağlı yayılan videoya münasibət bildirərkən deyilib.
İdarədən qeyd edilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır. Həmin videogörüntünün hansı məktəbə aid olduğu bəlli deyil: "Amma bu kimi hallar yolverilməzdir. Təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi qabaqlayıcı tədbirlər görülür".