Hər il qaydaları pozan nəzarətçi-müəllimlər cəzalandırılır.
XəzərXəbər-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, qaydaları pozan nəzarətçi-müəllimlərlə bağlı Rayon Təhsil Şöbələrinə müraciət olunub:
"Müəllimlərin 12 faizinin adı "qara siyahı"ya daxil edilib".