Xəzər Xəbər

“Mercedes”in pilotu Valtteri Bottas Formula 1 Azərbaycan Qran-Prisinin qalibidir

Gündəm | 18:03 • 28 Aprel 2019
“Mercedes”in pilotu Valtteri Bottas

"Mercedes” komandası Formula 1 idmanı tarixində yeni rekord müəyyənləşdirilib

"Mercedes” komandasının pilotu Valtteri Bottas Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi olub.

XəzərXəbər xəbər verir ki, onun komanda yoldaşı Luis Hamilton ikinci olub. İlk üçlüyü "Ferrari” komandasının sürücüsü Sebastian Fettel tamamlayıb.

"Mercedes” komandası bu qələbə ilə Formula 1 üzrə dünya çempionatları tarixində yeni rekorda imza atıb. Belə ki, ilk dəfə olaraq ardıcıl dörd Qran-Pridə bir komandanın hər iki pilotu yürüşləri ilk iki pillədə başa vurub.

Xəbər lenti