Xəzər Xəbər

SOCAR Azərbaycan Qran-Prisinin həlledici mərhələsi başlayır AFİŞA

Gündəm | 12:35 • 28 Aprel 2019
SOCAR Azərbaycan Qran-Prisinin həlledici mərhələsi başlayır

Bu gün SOCAR Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.

XəzərXəbər Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin sonuncu gününün yarış və əyləncə proqramını təqdim edir.

Saat 11:20-dən 12:00-dək azarkeş zonasında "Williams”, "Racing Point”, "McLaren”, "Haas” və "Toro Rosso” komandaları pilotları avtoqraf sessiyaları keçirəcəklər.

Saat 13:10-da Formula 2 üzrə ikinci yarış başlayacaq.

Qran-Prinin açılış mərasimi və pilotların paradı saat 14:30-dan 15:00-dək olacaq. Saat 16:10-da isə Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə start veriləcək.

Bundan sonra "Baku Crystal Hall”da DJ Mendoza, AISEL, Kardi B konsert proqramı ilə çıxış edəcəklər.

Xəbər lenti

Çox oxunanlar