Xəzər Xəbər

“İçərişəhər” İdarəsinin aparat rəhbəri: “Müxalif qüvvələrin bu təxribatları keçməyəcək”

Gündəm | 12:10 • 26 Aprel 2019
“İçərişəhər” İdarəsinin aparat rəhbəri: “Müxalif qüvvələrin bu təxribatları keçməyəcək”

İçərişəhərin Kiçik Qala küçəsində yaxın ərazidə yerləşən iaşə obyektləri 10 ildir fəaliyyət göstərir.


Bunu "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin aparat rəhbəri Riad Qasımov bu gün keçirilən mətbuat konfransında İdarənin bildirib.


Onun sözlərinə görə, idarə dövlət mülkiyyətində olan bu obyektlərin köhnəlməsini nəzərə alaraq idarə, təmir edilməsi qərarına gəlib: "Həmin restoranlar sökülərək metal və şüşə konstruksiyalardan tikilir. Həmin layihə yay aylarında bitəcək”.

R.Qasımov qeyd edib ki, sosial şəbəkələrdə paylaşılan görüntülər təxribat xarakterli məlumatdır: "Müxalif qüvvələrin hər zaman ölkəmizdə keçirilən nəhəng yarışlardan bir neçə gün öncə bu cür təxribatlar edir. Biz hamımız bilirik ki, yaradılandan 20-22 il ərzində idarə ölkə başçısının və birinci vitse-prezindentin qayğısı nəticəsində nə qədər abidəni bərpa edib. Müxalif qüvvələr bu abadlığı görmür və təxribat törədirlər. Kimlərinsə marağındadır ki, qoruqdakı yenilikləri söküntü kimi qələmə versin. Bu təxribatlar keçməyəcək”. (ONA)

Xəbər lenti