Xəzər Xəbər

İlbər Ortaylı ermənilər haqda tarixi həqiqətləri açdı: "Heydər Əliyev doğru deyib" - FOTO

Gündəm | 12:07 • 15 Aprel 2019
İlbər Ortaylı ermənilər haqda tarixi həqiqətləri açdı:

"Türklər dövlətsiz yaşaya bilməz. Dövləti ovcumuzun içində saxlamalıyıq”.

XəzərXəbər xəbər verir ki, bu fikirləri Türkiyənin məşhur tarixçi-araşdırmaçısı, professor İlbər Ortaylı Heydər Əliyev Mərkəzində baş tutan "Qafqaz tarixi” adlı konfransda deyib.

Professor çıxışında yazılı qaynaqlarının çox uzaq olmasa da, Qafqaz xalqlarının keçmişinin çox qədim illərə söykəndiyini deyib.

Qafqazda yaşanan etnik problemlərdən və qarşıdurmalardan bəhs edən Ortaylı ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarına iddialarından da danışıb:

"Ermənilər Urartuların onların əcdadları olduğunu iddia edir. Onlar Anadoluya qərbdən, Balkan yarımadası üzərindən gəliblər. Onların Urartularla əlaqəsi yoxdur. Urartuların çeçenlərlə bağlantılı olduğu böyük ehtimaldır. Lakin onların Anadoludan Qafqaza getdiyi, yoxsa tam əksinin baş verdiyi bilinmir. Ermənilər Qafqazda sonradan məskən salan millətdir. 18-ci əsrə qədər bu coğrafiyada ermənilərin sayı çox az olub. Qafqazda ən hakim irq və dil, heç şübhəsiz ki, türklər və türk dilidir. Burada Oğuz ləhcəsindən istifadə edilir. Türk milləti əsrlər boyu Mərkəzi Asiyadan Balkan yarımadasına qədər çox sayda dövlət qurub. Azərbaycan və Türkiyə də bu dövlətlərdəndir və çox yaxın münasibətlərə malikdirlər. Heydər Əliyev münasibətlərimizi çox yaxşı müəyyən edib: bir millət, iki dövlət. Biz bir mədəniyyətin parçasıyıq. Bu mədəniyyətin çox rəngləri var. Zəngin tarixi keçmişə sahibik. Türklər dövlətsiz yaşaya bilməz. Dövləti ovcumuzun içində saxlamaq lazımdır”.

Professor azərbaycanlılara müraciət edərkən "azəri” sözünün istifadə olunmasının doğru olmadığını vurğulayıb: "Azəri" sözü Türkiyədə cəhalətdən deyilir. Bu, sonradan ortaya atılan sözdür. Buranın xalqı türkdür”,

Qeyd edək ki, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin təşkil etdiyi konfransa Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəsi Ufuk Turganer, azərbaycanlı millət vəkilləri və çox sayda ziyalı şəxslər qatılıb.

Xəbər lenti

Çox oxunanlar