Lənkəranda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, yerli vaxtla saat 03.16-da Lənkəran stansiyasından 19 km şimal-qərbdə, Lənkəran ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 3,6 bal, dərinliyi 36 km olan zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.