6 aprel tarixindən 7 aprel tarixinə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhyə Hüseynov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq.
Bu barədə XəzərXəbər-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.
O, bildirib ki, məhdudiyyət aparılan təmir işləri ilə əlaqədardır.
Hərəkətin məhdudlaşdırılması sözügedən küçənin Xurşudbanu Natavan küçəsi ilə kəsişməyədək (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək və 7 aprel tarixində axşam saatlarınadək qüvvədə olacaq.