Xəzər Xəbər

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına səfər edəcək

Gündəm | 20:58 • 5 Aprel 2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına səfər edəcək
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin dəvəti ilə aprelin 6-da bu ölkəyə rəsmi səfər edəcək.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində dövlət rəsmiləri ilə keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Çox oxunanlar