Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlər zamanı bəzi sahibkarların idxal olunan və ölkədə istehsal edilən yumurtaların qutuları üzərindəki istehsal tarixlərini dəyişdirməsi halları aşkar olunub.
Agentlikdən XəzərXəbər-ə verilən məlumata görə, bəzi sahibkarlar xaricdən idxal olunan yumurtaları yerli müəssisələrin qutularına yerləşdirilərək "yerli yumurta” adı altında satışa çıxardığı aşkar edilib:
"Aşkar olunan faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb. Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin diqqətinə çatdırır ki, bu kimi qanunazidd əməllər yolverilməzdir və belə şəxslər haqqında qanunvericilik çərçivəsində ən sərt tərbirlər həyata keçiriləcək.
Vətəndaşlardan satış şəbəkələrində belə hallarla rastlaşdıqda konkret faktlarla Agentliyin "1003” Çağrı Mərkəzinə zəng edib məlumat vermələri xahiş olunur”.