Bu barədə Azvision.az-a Bərdə Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Əlzamin İsayev deyib. Onun sözlərinə görə, uşaqlar anadan alınsa, dövlət uşaq müəssisələrinə veriləcək.
"Ana uşaqlarını atıbsa, demək onlardan imtina edib. Lakin ana uşaqlarını istəyə də bilər. Belə olan təqdirdə anaya hansı cəzanın veriləcəyi bəlli deyil. Çünki uşaqlarını hansı şəraitdə atdığı, nə üçün etdiyi dəqiq məlum deyil. Məsələ dəqiqləşdikdən sonra yekun qərar veriləcək”.
Qeyd edək ki, Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb. Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar. Uşaqların anasının Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanova olduğu bildirilir.