Xəzər Xəbər

Nazirlikdən Bərdədə küçəyə atılan uşaqlarla bağlı açıqlama

Gündəm | 10:01 • 4 Fevral 2019
Nazirlikdən Bərdədə küçəyə atılan uşaqlarla bağlı açıqlama
Bərdə rayonunda küçəyə atılan 2 azyaşlı bacı-qardaşın vəziyyəti normaldır.


Bu barədə Azvision.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, uşaqlar üçün xəstəxanada xüsusi otaq ayrılıb.

"Hər şey qaydasındadır. Uşaqların sağlamlığı ilə bağlı heç bir problem yoxdur”.

Qeyd edək ki, küçəyə atılan oğlan uşağının 8 aylıq, qız uşağının isə 1,6 yaşında olduğu ehtimal edilir.

Xəbər lenti