Xəzər Xəbər

İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü oldu

Gündəm | 13:28 • 23 Yanvar 2019
İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda "VTB-Bank”ın prezidenti və idarə heyətinin sədri Andrey Kostin ilə görüşü olub.

Görüşdə "VTB-Bank” ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi, bankın Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi qeyd olundu.

Söhbət zamanı Azərbaycanda bank sektorunun inkişafı, bu sahədə özəl sektorun fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması istiqamətində görülən tədbirlərin əhəmiyyəti vurğulandı, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Çox oxunanlar