Xəzər Xəbər

“Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməyin” Yaqland təxribatçıları susdurdu

Gündəm | 09:05 • 23 Yanvar 2019
“Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməyin”
"Sizdən xahiş edirəm, Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməyin".

XəzərXəbər AzərTAc-a istinadən xəbər verir ki, bu fikri Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Şuranın baş katibi Torbyorn Yaqland qurumun Niderlanddan olan üzvü, Azərbaycana qarşı daim qərəzli mövqeyi ilə fərqlənən Piter Omziqin sualına cavab olaraq bildirib.

İclasda Piter Omziq yenə də qərəzli və təxribatçı sualı ilə diqqəti cəlb etmək istəsə də, Avropa Şurasının baş katibi onu yerində oturdub.

Xəbər lenti