Xəzər Xəbər

Tibb müəssisələrinin nizamnaməsinə dəyişiklik edildi

Gündəm | 12:02 • 27 Oktyabr 2018
Tibb müəssisələrinin nizamnaməsinə dəyişiklik edildi
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb

Nazirlər Kabineti "Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, nümunəvi nizamnaməyə aşağıdakı məzmunda iki yarımbənd əlavə olunub:

- Dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq farmakonəzarət üzrə tədbirlər görmək və farmakonəzarət üzrə məsul şəxs müəyyən etmək;

- Dərman vasitələrinin əlavə təsirləri və dərman vasitələrinin istifadəsi zamanı yaranan digər arzuolunmaz nəticələr barədə məlumatları, həmçinin farmakonəzarət üzrə məlumatları və hesabat sənədlərini Nazirliyə təqdim etmək.

Xəbər lenti