Xəzər Xəbər

Qərargah: Badamdarda gərginlik qalmaqdadır

Gündəm | 10:25 • 27 Oktyabr 2018
Qərargah:
Badamdarda sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan XəzərXəbər-ə verilən məlumata görə, sürüşmə sahəsinin bir hissəsində avtomobil yoluna doğru torpaq kütləsində artım qeydə alınıb.

Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik olmayıb.

Xəbər lenti