Azərbaycan
Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya
Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı
ünvanlayıb.
Başsağlığında deyilir: "Suriyda vurulmuş İl-20 təyyarəsinin ekipajının
faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı.
Azərbaycan
Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların
ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm.
Baş vermiş faciədən sizinlə birlikdə kədərlənirik”.