Xəzər Xəbər

Analitik: Azərbaycan Ordusunun təlimlərəErmənistan rəhbərliyi və cəmiyyətində qorxu yaradıb

Gündəm | 14:08 • 17 Sentyabr 2018
Analitik: Azərbaycan Ordusunun təlimlərəErmənistan rəhbərliyi və cəmiyyətində qorxu yaradıb

Azərbaycan Ordusu geniş hərbi təlimlərə başlamaqla Ermənistan rəhbərliyi və cəmiyyətində narahatlıq və qorxu yaradıb.


Xezerxeber.az bildirir ki, bu sözləri AZƏRTAC-a analitik Ehtiram Aşırlı deyib.


E.Aşırlının sözlərinə görə, Azərbaycan Ordusunun sentyabrın 17-dən-22-dək davam edəcək təlimlərinə 20 mindən çox şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyasının cəlb edilməsi Ermənistan cəmiyyətinin həyəcanlanmasına səbəb olub. Bu genişmiqyaslı təlimlər regionda analoqu görülməyən hərbi təlimlərdən biridir. Azərbaycan Ordusu hərbi-texniki imkanlarına görə regionda yalnız Rusiya ordusundan sonra belə təlimlər keçirmə potensialına sahibdir: "Hesab edirəm ki, bu təlimlər Ermənistan hökuməti üçün Azərbaycanın son xəbərdarlığı ola bilər. Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirməklə hər zaman müharibəyə hazır olduğunu göstərib. Biz bunu xüsusilə Aprel döyüşlərində və Günnüt əməliyyatlarında əldə edilən uğurların timsalında şahidi olduq. Digər tərəfdən, Nikol Paşinyan qeyd edir ki, heç bir güzəştə getməyəcək. Bunlar danışıqların pozulmasına yönəlmiş addımlardır. ATƏT-ın Minsk qrupunun həmsədrləri səssizliyini qoruyurlar və Ermənistan hökumətinin danışıqlardan yayınmaq cəhdinə heç bir reaksiya vermirlər. Görünür, Qərb münaqişənin həllində maraqlı deyil. Lakin Azərbaycan tərəfi də bu səssizliyini çox qorumaya bilər. Hazırda Ermənistanın baş nazirinin Qarabağ danışıqlarından yayınmaq cəhdləri Azərbaycana imkan verir ki, növbəti əks-hücumla bir neçə rayonu işğaldan azad etsin. Azərbaycan Ordusu çevik hərbi əməliyyatlara başlayarsa, Aprel döyüşlərində və Günnüt əməliyyatlarında olduğu kimi, Ermənistan ordusu növbəti dəfə ordumuzun gücünə yaxından bələd olacaq.

Xəbər lenti

Çox oxunanlar