Xəzər Xəbər

“Qarabağ motal pendiri” və şor məhsullarını almayın Rəsmi xəbərdarlıq

Gündəm | 15:40 • 13 Sentyabr 2018
“Qarabağ motal pendiri” və şor məhsullarını almayın

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərkibində bakterioloji çirklənmə faktı aşkar olunan məhsulun istehsalına qadağa qoyub.

Agentlikdən XəzərXəbər-ə verilən məlumata görə, qurumun mütəxəssisləri tərəfindən həyata keçirilən qida təhlükəsizliyi üzrə yoxlama tədbirləri çərçivəsində "BMS Aqro” MMC tərəfindən istehsal olunmuş və satış şəbəkələrində "Ketchi” əmtəə nişanı altında satılan "Qarabağ motal pendiri” və şor məhsulundan müayinələr üçün nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aparılan müayinələr nəticəsində həmin məhsullarda bakterioloji çirklənmə faktı aşkar olunub.

Qeyd olunanları nəzərə alaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "BMS Aqro” MMC-yə "Ketchi” əmtəə nişanı altında satılan "Qarabağ motal pendiri” və şor məhsulunun ticarət şəbəkələrindən yığışdırılması, istehsalının dayandırılması ilə bağlı xəbərdarlıq edilib.

Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, sanitar-gigiyenik tələblərə cavab verməyən və insan sağlamlığına ciddi təsir göstərə biləcək bu cür məhsulların istehsalı və satışı ilə məşğul olan sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar