Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava
şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 25-30, Bakıda
gecə 20-22, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir. Atmosfer
təzyiqi norma daxilində 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70,
gündüz 40-45 faiz təşkil edəcək.
Avqustun 21-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,
Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində
(Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Bununla
əlaqədar çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq.
Rayonlarda hava
şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq
ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı
yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə
19-24, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti
təşkil edəcək.
Avqustun 21-22-də Abşeron
yarımadasında temperatur rejiminin və digər meteoroloji amillərin iqlim
norması daxilində tərəddüd edəcəyi gözlənilir ki, bu da meteohəssas
insanlar üçün əlverişlidir.