Bizim rəsmi mövqeyimiz yaxşı məlumdur. Biz Dağlıq Qarabağ münaqişəsinə ATƏT-in Minsk qrupu prizmasından baxırıq. Rusiya bu qrupun həmsədridir. Məqsədimiz münaqişə tərəflərinin razılığa gəlmələri üçün onlara dəstək verməkdir.
XəzərXəbər xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu sözləri avqustun 20-də keçirilmiş mətbuat konfransında söyləyib.
Diplomat qeyd edib ki, hazırda danışıqlar prosesində bir qədər irəliləyiş müşahidə olunur: tərəflər bir-biri ilə tanış olur.