Xəzər Xəbər

Rusiyalı səfir fəaliyyət prioritetlərini açıqladı

Gündəm | 12:48 • 20 Avqust 2018
Rusiyalı səfir fəaliyyət prioritetlərini açıqladı

"Əsas vəzifələrimdən biri Azərbaycan hökuməti və ictimaiyyəti ilə sıx əlaqələr qurmaq, ölkənizlə tanış olmaqdır".

XəzərXəbər "Report"a istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov avqustun 20-də keçirdiyi mətbuat konfransında deyib.

Səfir ölkədə fəaliyyətə başlamasından bu yana artıq Qəbələ və Azərbaycanın Dağıstanla həmsərhəd olan regionlarına səfər etdiyini bildirib.

"Əsası dövlət başçılarımızın həyata keçirdiyi görüşlər çərçivəsində praktiki məsələləri artırmaqdır. Məhz bu təmaslar əməkdaşlığımıza təsir göstərir. Əsas vəzifə onlar arasında təmasları hazırlamaqdır. Gündəlikdə noyabr ayında Gəncədə millətlərarası əməkdaşlıq forumunun keçirilməsi var. Bu, biznes, nazirliklər, dövlət başçıları nümayəndələrinin iştirakı ilə ölkələrimizin nümayəndələri arasında böyük görüş olacaq", - diplomat qeyd edib.

O həmçinin vurğulayıb ki, ilin sonuna qədər iqtisadi inkişaf nazirlərinin həmsədrlik etdiyi hökumətlərarası komissiyanın iclası keçirilməlidir: "Bu vəzifələr ilin sonunadək fəaliyyətimin birinci mərhələsinə aiddir".

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024