Rusiyada işgüzar səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidanın Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşü olub.
XəzərXəbər Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, görüşdə Yaxın Şərqdəki vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparılıb.