Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Bibiheybət yolunun (Bibiheybət məscidindən Lökbatan dairəsinə qədər olan hissə) yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi məqsədilə üfüqi nişanlanma xətlərinin çəkilişi ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
BNA-dan XəzərXəbər-ə verilən məlumata görə, rənglənmə işlərinin axşam 18:00-dək yekunlaşdırılması nəzərdə tutulur.